İnsan Resursları Koordinatoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora İnsan Resursları Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. MS Office proqramlarından istifadə bacarığı olmalıdır.

Vəzifələr:

  • Müəssisədə işçi ehtiyacının müəyyən edilməsi, işçilərin axtarılması, namizədlərin müsahibələrə dəvət olunması və müsahibələrin keçirilməsi;
  • Regionlar üzrə ümumi İnsan Resurslarının digər modulları ilə bağlı fəaliyyətinə dəstək göstərilməsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, əsasnaməyə və təlimatlara müvafiq olaraq yeni işə qəbul olunmuş işçilərin sənədləşdirilməsi, oriyentasiyası və adaptasiyasının təşkil edilməsi;
  • Vəzifə dəyişikliyi, nizam-intizam pozuntuları ilə bağlı proseslərin icrasında birbaşa iştirak edilməsi;
  • İşçilərin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması üçün sənədlərin hazırlanması;
  • İşçilərin davamiyyətinin qeydiyyatının toplanması və aidiyyatı şöbəyə təhvil verilməsi;
  • İşdən azad olunan işçilərin təhvil-təslim proseslərinin təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (Menecment, psixologiya və ya insan resursları sahələri üzrə);
  • Yaş həddi : 25-35;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
  • İş ilə bağlı mütəmadi olaraq Ezamiyyətlərə getmək imkanının olması.

İş Şərtləri:

  • Həftədə 5 iş günü;
    İş saatları: 08:00-17:00;
    Tibbi Sığorta ilə təminat;
    Şirkət hesabına nahar;
    İş yeri Gəncə şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Regionlar üzrə İnsan Resursları Koordinatoru ” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

650₼
İnzibati işlər üzrə kiçik mütəxəssis

A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

A-Group Insurance Company

08.01.2025 - Bakı