Qısa məzmun
Ə/h 500-700 AZN. Grand Hayat MTK İnsan resursları mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dilini bilməsi arzuolunandır.
İş barədə məlumat:
- Əmək və xidmət müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə daxil etmək;
- Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək;
- Təsdiqlənmiş kadr əmrlərinin qeydiyyatını aparmaq, işçilərin şəxsi işlərini (işçilərə aid kadr sənədlərini) formalaşdırmaq;
- Əmək kitabçalarının qəbulu (açılması), doldurulması, saxlanılması və əmək stajının hesablanmasını həyata keçirmək, işçilərə əmək fəaliyyətinə dair arayış və xasiyyətnamələr hazırlamaq
- İşçilərin sığortalanmasını təşkil etmək və sığorta müddətinin axınına nəzarət etmək, habelə qanunvericiliklə müəyyən olunmuş müddətdə işçilərə sosial sığorta kartının açılması üçün zəruri tədbirlər görmək
- Məzuniyyətləri və ezamiyyələri rəsmiləşdirmək və siyahıya almaq
- Hesabatları və statistik məlumatları hazırlamaq
- İşçilərin aylıq işə davamiyyət (tabel) cədvəllərini toplamaq, yoxlamaq və orada qeyd olunan məlumatların müvafiq elektron proqramlara daxil etmək
- Yeni təyinatlar, vəzifə dəyişiklikləri, qeyri-iş günləri, qısaldılmış iş vaxtları, bayram və işçilərin ad günü təbrikləri, digər zəruri bildirişlər ilə bağlı e-mail məktublar göndərmək
- İşə qəbul prosesində iştirak etmək, departament müdirinin və aidiyyəti şəxslərin iştirakı ilə namizədlərin müsahibəsini aparmaq və işə qəbul ilə əlaqədar departament müdirinin digər tapşırıqlarını yerinə yetirmək
- İşçilərin əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan şikayətlərini (ərizələrini) araşdırmaq, şikayətin səbəbləri müəyyən etmək və onların aradan qaldırılması üçün departament müdirinə təkliflər təqdim etmək
- İş rejimi
- Həftə içi 6 gün saat: 10:00-19:00-dək, şənbə günü 10:00-15:00
Namizədə tələblər:
- Xanım namizədlər
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilmək
- Kadr işinin təşkilini, kargüzarlığın aparılmasını
- İnsan resurslarına aid elektron proqramlardan istifadə qaydalarını (e-gov, 1C)
- Ofis proqramları
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
- Operativ çalışma və məsuliyyətlilik
- Komanda ilə işləmək bacarığı
- İşi vaxtında və yüksək keyfiyyətlə tərtib etmək bacarığı
- Rus və İngilis dilini bilməsi arzuolunandır.
- Əmək haqqı-Namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcəkdir.
Maraqlanan şəxslər şəkilli CV-lərini E-mail – in mövzü bölməsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək hr@grandhayat.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...