İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır.

Tələblər:

  • Təhsil: Ali;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür.
  • Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Əsas vəzifələr:

  • Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmr və göstərişlərin, arayışların, xasiyyətnamə və sair kadr sənədlərinin hazırlanması, imzaya təqdim edilməsi və sənədlərin vaxtında müvafiq struktur bölmələrinə təqdim edilməsi, o cümlədən mağazalara göndərilməsi;
  • Kadr sənədlərinin qovluqlara yığılması;
  • Əmək kitabçalarının yazılması (işə qəbul və işdən azad qeydlərinin aparılması);
  • Əmək müqavilələrinin, əlavə razılaşmaların, vəzifə təlimatlarının hazırlanması və mağazalara göndərilməsi və imzalanmasına nəzarət edilməsi;
  • Kadr, ezamiyyət, məzuniyyət əmrlərini Elektron Hökumət portalı və 1 C (SAP)məlumat bazasına daxil edilməsi;
  • Əmək haqqı kartlarının sifarişi üçün işə qəbul edilən işlərdən müvafiq formaların doldurularaq aidiyyatı banka təqdim edilməsi və əmək haqqı kartlarının işçilərə paylanılması;
  • Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmrlərin müvafiq jurnallara qeydiyyatını aparır.
  • Əmək müqavilələrinin müvafiq jurnallarda qeydiyyatını aparılması;
  • Əmək kitabçalarının müvafiq jurnallarda qeydiyyatını aparmaq;
  • Filiallardan gələn məzuniyyət və icazə ərizələrini qəbul edir və nəzarət edir.
  • Sosial sığorta kartları üçün müvafiq qurumlara gedən sənədləri hazırlayır və həmin qurumlara təqdim etmək; Sosial sığorta kartlarının sifarişinə nəzarət etmək və sifariş olunan Sosial sığorta kartlarını əməkdaşlara etmək;
  • Aylıq tabelləri hazırlamaq;
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı şirkətin əməkdaşlıq etdiyi sığorta şirkətinə vaxtında məlumatın təqdim etmək;
  • Xəstəlik vərəqələrinin doldurmaq və mühasibatlığa təqdim etmək;

Biz Siz təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

 

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı