Qısa məzmun
Retail Group Azerbaijan LLC İnsan resursları şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
- Şirkət: “Retail Group Azərbaycan” MMC
- İş yeri: Nargiz Mall Baş Ofis
- İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə – Bazar istirahət günləri
- Vəzifə: İnsan resursları şöbəsinin rəhbəri
- Əmək haqqı: 2000 AZN NET
- Tabeçilik: Ölkə üzrə direktor
Vəzifə və öhdəliklər:
- Beynəlxalq şirkətdə İnsan resursları proseslərinin idarə edilməsi;
- İşə qəbul, xitam, vəzifə dəyişikliyi, təlimlər və s. ibarət olan insan resursları prosedurlarının əhatə edildiyi təşkilati işlərin həyata keçirilməsi;
- İşə qəbul, təlimlər, əmək haqqı proseslərinin koordinasiyası və idarə edilməsi;
- İnsan resursları qaydalarının təkmilləşdirilməsi və tətbiq edilməsi;
- Təsdiq edilmiş qaydalara uyğun olaraq işə qəbul prosesinin həyata keçirilməsi və idarə edilməsi;
- Şöbə rəhbərlərinə yeni işçilərin qəbulu ilə bağlı müvafiq dəstək və tövsiyyələrin verilməsi;
- Baş ofisdə vakant vəzifələrlə bağlı müvafiq elanların verilməsi;
- Müsahibələrin keçirilməsi və lazım olduqda müsahibə mərhələlərində iştirak;
- Vəzifə təlimatlarının yazılması, yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ, target, evaluation) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
- İşçi heyəti üçün müvafiq təlimlərin təşkil edilməsi, keçirilməsi və keçirilməsinə nəzarət;
- Günlük, həftəlik, aylıq davamiyyətə nəzarət edilməsi;
- İşçilərin əmək haqlarının, aylıq bonuslarının hesablanmasına nəzarət edilməsi və bu prosesin təşkili;
- İnsan resurslarının büdcəsinin idarə edilməsi;
- Şirkətin beynəlxalq və baş ofisi ilə mütəmadi əlaqələrin qurulması;
- Baş ofis tərəfindən təşkil edilən İnsan resursları ilə bağlı layihələrdə iştirak etmək;
- Daxili nizam-intizama nəzarət edilməsi;
- Administrativ dəstəyin göstərilməsi;
- Şirkətin beynəlxalq qaydalarının daxili qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
- İşə qəbul, xitam, vəzifə dəyişikliyi ilə bağlı sənədləşmələrin qanunauyğunluğuna nəzarət edilməsi;
- Əmək müqavilələrinin bağlanmasına və dəyişdirilməsinə, həmçinin Elektron hökümət portal ilə işə nəzarət edilməsi;
Tələblər:
- İnsan resursları sahəsində 5-10 il iş təcrübəsi;
- Yüksək səviyyədə idarəçilik bacarıqları;
- Yüksək səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri də üstünlük təşkil edir);
- Ofis proqramlarından əla səviyyədə istifadə etmək bacarıqları;
- Tələbkarlıq, inandıra bilmək, təqdimat, problemləri həll edə bilmək, məsələlərə kompleks yanaşma bacarıqları.
- Ali təhsil.
Zəhmət olmasa yalnız göstərilmiş tələblərə cavab verən namizədlər öz CV formalarını (şəkilli, azərbaycan və ya ingilis dillərində) hr@fahretail.com email ünvanına göndərsinlər. Müsahibələrin növbəti mərhələsinə yalnız uyğun və seçilmiş namizədlər dəvət ediləcəkdir.
Oxşar vakansiya siyahısı:
A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...