İnsan Resursları sektorunun müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Para BOKT İnsan Resursları sektorunun müdiri vəzifəsi üzrə vakansiya elan edir. Səlis azərbaycan, rus dili və ingilis dili bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı işlərin vaxtında və düzgün həyata keçirilməsini təmin etmək;
  • Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması, ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı işlərin vaxtında və düzgün həyata keçirilməsinə nəzarət etmək;
  • Təşkilatın əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsində, onların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafının, etik davranış və s. məsələlər üzrə tədbirlərin (görüş, seminar, təlim, treninq və s.) təşkil edilməsində iştirak etmək və nzarət etmək;
  • Əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatların toplanması, yenilənməsi və təhlil edilməsi, onların vəzifədə yüksəliş yolu ilə seçilməsi və yerləşdirilməsi üzrə tədbirlər görmək

Vəzifəyə olan tələblər:

  • Təhsil: Ali təhsil
  • Xüsusi biliklər: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, performansın idarə olunması, sənədləşdirmə və yazışma işləri
  • Təcrübə: İnsan resursları sahəsində azı 5 il təcrübəsi və 2 il İdarəetmə təcrübəsi.
  • Kompüter bacarığı: MS Office proqramları üzrə mükəmməl biliklər.
  • Dil bacarığı: Səlis azərbaycan, rus dili və ingilis dili bacarığı.
  • Digər bacarıqlar: Komandada işin təşkili, hesabat tərtib etmə, şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, danışıqaparma qabiliyyəti.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində İnsan Resursları sektorunun müdiri qeyd etməklə vakansiya@parabokt.az elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

800₼
Təlim üzrə mütəxəssis

AzeriMed LLC Təlim üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

08.04.2025 - Bakı

700 — 1000 ₼
Korporativ Satış Təmsilçisi

PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

04.04.2025 - Bakı

İnsan resursları üzrə təcrübəçi (HR intern)

PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

28.03.2025 - Bakı

İnsan resursları üzrə kiçik mütəxəssis

GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

GM Construction

28.03.2025 - Bakı

İR üzrə Direktor

SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...

Supertoys

13.03.2025 - Bakı