Qısa məzmun
Referans CLC İnsan Resursları şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
- İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
- Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi;
- Əmək haqqı və vəzifə dəyişiklikləri ilə əlaqədar sorğuların ilkin cavablandırılması və təsdiqə göndərilməsi;
- Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
- Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
- Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
- Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
- Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması.
- Şöbə əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək, dəstək olmaq və işlərin planlaşdırılmasını həyata keçirmək;
- Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
Namizədə tələblər:
- Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
- İR əməliyyatlar idarə etmə sahəsində minimum 3 illik iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
- Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı);
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı;
CV-lərini “İnsan Resursları şöbəsinin rəhbəri” başlığından istifadə edərək göndərilməsi tələb olunur.
Son müraciət tarixi: 01.03.2023
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...