Qısa məzmun
Universal Poliqraf İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəi olmalıdır.
İş barədə məlumat:
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır;
- Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
- Daxili sənəd dövriyyəsini icra edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
- İş saatları (iş rejimi): 09:00 – 18:00, şənbə günü 09:00-18:00
Namizədə tələblər:
- İş təcrübəsi: İnsan Resursları üzrə minumum 2 il iş təcrübəsi.
- Yaş həddi- 23-30
- Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür.
- Kompüter bilikləri: Ofis proqramları (excel irəli səviyyədə).
Göstərilən tələblərə uyğun olan namizədlər CV formalarını r.quliyev@unipoligraf.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...