İnsan Resursları üzrə Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies İnsan Resursları üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməlidir və CV-də müvafiq bilik və bacarıqlar işarə edilməlidir.

Vəzifənin rolu:

İnsan Resursları üzrə Administratorun rolu departamentin fəaliyyətinin administrativ bölməsinə dair sənəd prosesini təşkil etmək, işə qəbul, işdən çıxış və vəzifə dəyişikliyi ilə bağlı məlumatları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat bazasına daxil etməkdir.

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi qovluğu üçün sənədləri hazırlayır
  • Elektron Hökumət portalına və İR ERP sisteminə tələb olunan məlumatları daxil edir və yeniləyir
  • İşə qəbul, işdən çıxış və vəzifə dəyişikliklərinə dair sənədləri hazırlayır
  • İntizam tənbehinin tətbiqinə dair sənədləşmə aparır
  • Bank kartları və əmək kitabçalarını sifariş edir
  • İllik məzuniyyət planını hazırlayır
  • Məzuniyyətləri rəsmiləşdirir və “əmək qabliyyətinin olmaması” vərəqələrini toplayır və ERP sistemə daxil edir
  • Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlayır və ERP sistemə daxil edir
  • Əmək haqqı prosesi ilə  bağlı məlumatları ERP sistemə daxil edir
  • İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil edir

Əsas tələblər:

Təhsil:

  • Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
  • İR Administrasiyası üzrə sertifikat

Təcrübə:

  • İR Administrasiyası üzrə ən az 2 il iş təcrübəsi

Professional Biliklər:

  • İR Administrasiyası
  • Əmək qanunvericiliyi
  • Rus və İngilis dilləri arzuolunandır
  • MS Office və 1C Programları

Professional Bacarıqlar və Kompetensiyalar:

  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Məsuliyyət
  • Detallara diqqət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

500 — 600 ₼
Ofis meneceri

AGRO - WEST DC LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

13.06.2024 - Bakı