Qısa məzmun
Ə/h 500 AZN. Aqrar İnnovasiya və Təchizat Şirkəti İnsan Resursları üzrə Assistent vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil ;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsinə malik olmaq;
- Kompüter bilikləri: MS Office(Excel və 1C biliyi mütləqdir);
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, ingilis dili və rus dili biliyi arzuolunandır;
- Dəqiq nizam intizamlı,məsuliyyətli olmaq;
- Operativ və gördüyü işə cavabdehlik;
- Komandada və sərbəst işləmək bacarığı;
Əmək funksiyaları:
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu,başqa vəzifəyə keçirilməsi,işdən azad edilməsi və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Davamiyyətlərə nəzarəti həyata keçirtmək;
- Məzuniyyət,ezamiyyət,işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır,imzaya təqdim edir,qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin etmək;
- Kadr sənədlərinin qovluqlara yığılması,qovluqlarda sənədlərin,o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşımaq;
- Əməkdaşlar üçün əmək haqqı kartları,sosial sığorta kartları,əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlamaq;
- İşçilərə verilən xəbərdarlıq məktublarını tərtib etmək;
- İşçilərin icbari sığortasını təşkil etmək;
- İR üzrə menecerin digər müvafiq tapşırıqlarını yerinə yetirilmək;
Qeyd: Yeni əməkdaş analıq məzuniyyətində olan işçinin yerinə axtarılır və müqavilə müddəti 30.09.2022-ci il tarixinə qədər olacaq.
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “İnsan Resursları üzrə Assistent” qeyd etməklə göndərmələri tələb olunur.
Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...