İnsan resursları üzrə kiçik mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə:

  • Şirkətin struktur bölmələrində və tabeliyində olan bölmələrdə vahid kargüzarlıq sistemini təşkil etmək;
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimata müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarının rəsmiləşdirilməsi;
  • İşçilərə növbəli şəkildə məzuniyyətlərin verilməsi uçotunun aparılması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunması və izlənilməsi.
  • ƏMAS-da müvafiq əməliyyatların icra edilməsi;
  • Tikinti gedən layihələrdə mütəmadi olaraq kadrlarla bağlı yoxlamaların (əsasən öhdəliklərin icrası və davamiyyətin düzgün aparılması) aparılması, analizi və əldə olunan nəticələrə əsasən şöbə müdirinə təqdimatların verilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, tamlığının təmin edilməsi və daxili sənəd dövriyyəsi işinin təşkilinə nəzarət;
  • Yeni vəzifələr üzrə vəzifə təlimatlarının tərtib edilməsi və təsdiq üçün razılaşdırılması.
  • Kadr axınının səbəblərini araşdırmaqla onun aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında yaxından iştirakı.
  • İşçi ehtiyacına olan tələbi müəyyənləşdirməklə müvafiq elanların yerləşdirilməsi, kadr bazasının formalaşdırılması, ilkin mərhələdə namizədlərin seçilməsi və müsahibənin təşkili;
  • İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
  • Gün sonunda şöbə müdirinə şöbədaxili görülən işlər barədə yekun hesabatlılıq vermək.

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 22- 35 yaş;
  • Müvafiq sahədə azı 1 il iş təcrübəsi;
  • AR Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli;
  • İnsan resurslarının idarə olunması biliklərinə sahib olmalı;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq;
  • Səlis azərbaycan dili biliyi;
  • MS Office proqramları;
  • 1 C 8.3 versiyasında işləmə bacarığı üstünlükdür.

İş şəraiti :

  • Əmək haqqı 700-800 AZN
  • Nahar və korporativ nömrə ilə təmin olunma;
  • 6 günlük; şənbə-qısa iş günü (09:30-dan 13:00-dək)

Xüsusi tələblər:

  • Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini ramin.taghiyev@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
  • Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.

Oxşar vakansiya siyahısı:

İnsan resursları üzrə təcrübəçi (HR intern)

PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

28.03.2025 - Bakı

İR üzrə Direktor

SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...

Supertoys

13.03.2025 - Bakı