İnsan Resursları üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Agro İnsan Resursları üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında məlumat:

Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyatı struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri sənədlərin yoxlamasını aparmaq, zəruri olan sənədlərin təqdim olunmasını işçilərdən tələb etmək. Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi.

Vəzifə öhdəliyi:

  • Müxtəlif təyinatlar üzrə əmrlərin hazırlanması və yayımlanmasını həyata keçirir
  • Mövcud vakansiyalar üzrə namizədləri seçir, müvafiq testlərdən, görüşmələrdən keçirir, uyğun olan namizədi işə qəbul edir.
  • İşə qəbul sənədlərinin toplanması, yoxlanması, şəxsi işlərin hazırlanması, elektron bazada saxlanmasına nəzarət edir
  • Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
  • Bölmələrdə həftəlik iş qrafiklərinin hazırlanmasına və işçilərin həmin qrafiklər üzrə işə gəlməsinə nəzarət edir
  • Ezamiyyətə göndərilən işçilərin sənədlərinin hazırlanmasına, prosedura uyğun olaraq ezamiyyət xərcinin düzgün hesablanmasına, işçi geri qayıtdıqdan sonra isə təsdiqedici sənədlər əsasında xərc hesabatının verilməsinə nəzarət edir.
  • İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərir
  • Region  rəhbərləri ilə birlikdə işçilərin məzuniyyət planını hazırlayır, həmin plan üzrə işçilərin məzuniyyətə çıxmasına nəzarət edir:
  • Şirkət daxili prosedur qaydalarının pozulması hallarının təsbit edir, işçilərin izahatlarının, təqdimatların və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir:
  • Vəzifə dəyişikliyi ehtiyaclarını araşdırır, uyğun sənədləşmənin aparılmasına nəzarət edir

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3)  istifadə bacarıqları

Tələblər: 

  • Ali təhsil (İqtisadiyyat, Menecment ixtisasları üzrə )
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
  • AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
  • Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Məntiqi və strateji analiz qabiliyyəti yüksək olmalı;
  • Dürüst və vicdanlı olmalı;

Təminatlar:

  • Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
  • İş qrafiki: Həftə içi  5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar)
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır

Vakansiyaya uyğun namizədlər CV-lərini  İnsan Resursları üzrə Menecer başlığı ilə e-mail ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

800₼
Qeydiyyatçı

Grand Motors Company Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Grand Motors

09.12.2024 - Bakı

600₼
İnsan resursları üzrə mütəxəssis

Seylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Seylab

28.11.2024 - Bakı