Qısa məzmun
Ə/h 800 AZN. Buta Construction İnsan Resursları üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməsi arzu olunandır.
Namizədə olan tələblər :
- Müvafiq sahədə minimal 5 il iş təcrübəsi;
- Dağ mədən, tikinti quraşdırma sahəsində iş təcrübəsi olan şəxlərə üstünlük veriləcək;
- Səlis yazı və danışıq qabiyyətinə malik olan, Azərbaycan dilinin qrammatikasını sərbəst bilən, öz fikirlərini şifahi və yazılı olaraq sərbəst ifadə edə bilən şəxs olması tələb olunur;
- Yüksək səviyyədə kompyuter bilikləri ( Word, Exel, Power Point, Outlook və s.)
- Ali təhsil
- AR əmək məcəlləsini bilməli
- Təklif edilən sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi tələb olunur
- Microsoft Office proqramını istifadəçi səviyyəsində bilməli
- İnsan resurslarına aid əsasnamə, təlimat və digər rəhbər sənədləri bilməli
- Operativ və düzgün qərar vermək bacarığına malik olmalı, yaxşı şifahi və yazılı ünsiyyət bacarıqlarının olması.
- Azərbaycan və Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməsi arzu olunandır
İş şərtləri :
- 5 günlük iş norması (şənbə bazar istirahət günləri)
- İş vaxtı : 09:00 – 17:00
Əmək funksiyası :
- Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
- Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında, səbəblərini qeyd etməklə raport tərtib edir.
- Sahə işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır və məlumat verir.
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
- Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparır.
- Sahə işçilərinin işə dəvamiyyət işini, qeydiyyatını, mərkəzi ofisə göndərilməsini təmin etmək.
- İşçilərin daxili intizam qaydalarına nəzarət etmək və mərkəzi ofisi məlumatlandırmaq. (təqdimat formasında)
- Sahənin işçi tələbatını sahə rəhbəri ilə razılaşdırmış qaydada göndərmək.
- Sahə işçilərinin iş növbəliyini, icazələrini və digər oxşar işləri əlaqələndirmək.
- Sahədə işə yeni başlayan işçilərin qəbulu və yerləşdirilməsi.
- Boşdayanma, iş vaxtından artıq işin qeydiyyatını aparmaq və məlumatlandırmaq (təqdimat formasında)
- Eyni zamanda iş prossesindən asılı olaraq yaranmış vəziyyətlərin Əmək Qanunvericiliyinə uyğun olaraq həll etmə bacarığı.
- Bununla yanaşı ixtisasına peşəsinə uyğun olaraq iş ilə əlaqədar rəhbərliyin verdiyi tapşırıqların icrasını təmin etmək.
- İşçilərin işə davamiyyətinə nəzarət etmək;
- Struktur bölmələr üzrə davamiyyət tabellərinin doldurulub təsdiqlənməsi və İnsan resurslarının idarəedilməsi şöbəsinə təqdim edilməsinə nəzarət etmək;
- İşçilərin gündəlik qidalanma ilə təmin edilməsinə nəzarət və qeydiyyatını aparmaq;
- İnsan resurslarının idarəedilməsi üzrə müvafiq qeydiyyatların aparılmasını təşkil etmək;
- Yeni işə qəbul olunmuş işçilərə uyğunlaşma təliminin keçirilməsini təmin etmək;
- İş üçün müraciət edən vətəndaşların müraciətlərinə baxılmasını təmin etmək və işə qəbul sisteminə əsasən namizədlərlə ilkin müsahibələri təşkil etmək;
- İşçi müraciətlərinə qanunvericilik əsasında baxmaq və tədbirlər görmək;
- İşçilərə ezamiyyə vərəqələrinin verilməsini və ezamiyyələrin qeydiyyatını təmin etmək;
- İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmaq;
- İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsində və onun yerinə yetirilməsində iştirak etmək;
- Struktur bölmələrdən daxil olan bütün aidiyyatı yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək.
- Elekron hökümət portalına işçilərin qeydiyyata salınması
- Müqavilələrin tərtib olunması
- İşçilərin icbari sığortalanmasının təmin edilməsi
- Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...