Qısa məzmun
Pizza Mizza İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində olması arzuolunandır)
- Yaş: 23-30
- İnsan resursları üzrə 1-3 il iş təcrübəsi
- ƏMAS ilə iş təcrübəsi mütləqdir
- Əmək Məcəlləsini bilməlidir
- Səliqəli və xoş xarici görünüş
- Səlis nitq
- Operativ və məsuliyyətli
- Dinamik iş mühitində işləyə bilmək xüsusiyyətinə malik olmalı
- Azərbaycan dili səlis, ingilis və ya rus dili arzuolunandır
- MS Word-əla, MS Excel-yaxşı (əla səviyyədə bilməsi üstünlükdür), Power Point-yaxşı səviyyədə bilməli.
İş barədə məlumat:
- Bütün növ əmrlərin hazırlanması.
- ƏMAS və şirkətdaxili proqram təminatına müvafiq məlumatların daxil edilməsi.
- İş vaxtının uçotu tabelini hazırlamaq və əmək haqqı hesablanması üçün tələb olunan işləri icra etmək.
- Əmək müqavilələri və ona dəyişiklikləri icra etmək.
- Əməkdaşların qiymətləndirilməsində iştirak etmək.
- Müvafiq tələb olunan hesabatların hazırlanması.
İş şəraiti:
- İş saatı 09:00-18:00
- 5 günlük iş həftəsi
- Əmək haqqı 700 azn
- Nahar şirkət tərəfindən ödənilir
- İş yeri: Bakı şəhəri, “Babək Plaza”
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq elektron ünvanına göndərmələri xahiş olunur.Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...