Qısa məzmun
Yasharoglu AZ MMC Insan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini bilməyi arzuolunandır.
İş barədə məlumat:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək
- iş saatı 09:00-18:00 6günlük
Namizədə tələblər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək (arzuolunandir)
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmək
- Azərbaycan dili (əla), Rus və İngilis dillərini bilməyi arzuolunandır
- Ünsiyyət qurma bacarığı
- Komandada işləmə bacarığı
- Problemləri həll etmə bacarığı
- Stresə davamlı
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...