İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AzeriMed LLC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Problemləri təhlil və həll etmə bacarığı olmalıdır.

Tələblər :

  • Ali təhsil;
  • Yaş həddi : 25-35
  • İş təcrübəsi: minimum 3 il (İstehsalat təcrübəsi üstünlükdür)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
  • Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliklərin olması;
  • MS Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı;
  • E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları: (işə qəbul,xitam,vəzifə dəyişiklikləri,analıq məzuniyyəti,müavinətlər,əmək haqqı hesabalama,xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
  • Səhiyyə portalında işləmək bacarığı (üstünlükdür)
  • İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
  • Stresə davamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;
  • Problemləri təhlil və həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələri təşkil edlməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırıb qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının yerinə yetirilməsi;
  • İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi;
  • İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarətin edilməsi;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarətin edilməsi və s.
  • Məzuniyyət, xəstəlik və ya analıq vərəqələrinə əsasən müvafiq hesablamaları təşkil və nəzarətin edilməsi;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının tmin edilməsi;
  • Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;

Əmək şəraiti :

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00, ayın bir şənbə günü: 09:00-14:00
  • İş yeri : Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi.
  • Əmək haqqı: Əmək haqqı namizədin bilik və təcrüblərinə əsasən təyin ediləcək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı