Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amoris İnsan Resursları üzrə Administrator (Qusar) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Kargüzarlıq işnin təşkil olunması və ona nəzarət edilməsi
- İşə qəbul edilən işçilərin sənədlərin toplanması, şəxsi işlərinin hazırlanması;
- Bütün növ ərizələrin vaxtında hazırlanması
- Tabelin cari ay üçün ilkin formasının hazılanması (işə qəbul, işdən azad, keçən aydan bu aya keçən məzuniyyətlər, növbəli işçilərin növbə axışının düzgünlüyü);
- Şirkət daxili layihə rəhbərləri ilə sıx iş birliyi.
- Gün ərzində layihələrə baş çəkmək və düzgün nəzarətin aparılması.
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək.
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- Əmək kitabçalarının təhvil verilib, təhvil alınmasında qaydalara düzgün riayət olunması
- Kadrlarla bağlı məşğulluq və digər orqanlarla sıx fəaliyyət göstərmək.
- Baş ofisə məlumatların vaxtlı-vaxtında və dəqiq göndərilməsini təmin etmək
- Baş ofisdən gələn tapşırıqları vaxtında icra etmək.
- Rəhbərliyin tapşırığına əsasən digər işlərin görülməsi.
Tələblər:
- Ali təhsil;
- İnsan Resursları sahəsində minimum 3 illik iş təcrübəsi
- Azərbaycan və rus dili yüksək səviyyədə olmalı/ingilis dili arzu olunandır.
- Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
- Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
- MS Office proqramları bilikləri;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- 1C proqramını bilənlərə üstünlük veriləcək
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı olaraq
Quba, Qusar , Xaçmaz bölgələrindən olan kandidatlara üsünlük veriləcək.
Maraqlanan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Administrator ” qeyd edərək göndərə bilər.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...