Qısa məzmun
Ə/h razılaşma yolu ilə. SSİ Retail İnsan Resursları üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilməlidir.
SSİ Retail Azərbaycanın ən uğurlu pərakəndə satış şirkətlərindən biri olub- Mango, New Yorker, Next və Celio kimi məşhur brendləri ölkəmizdə təmsil edir. Şirkət Azərbaycanda 13 mağazaya rəhbərlik edir.
Hal hazırda SSI Retail şirkətinə İnsan Resursları üzrə administrator tələb olunur
Tələblər:
- Təhsil: ALİ (İqtisadiyyat, maliyyə və oxşar sahələrdə)
- Yaş həddi: 25-35
- İş təcrübəsi: İR sahəsində 2 ildən az olmayan təcrübə
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – orta
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
Vəzifə öhdəlikləri:
- İşə qəbul, işdən çıxış, iş yeri, əmək haqqı və vəzifə dəyişməsi zamanı sənədləşmələrin aparılması və Elektron Hökümət Portalında əmək müqaviləsi bildirişinin qeydiyyata alınması
- Sənədlərin reyestr qeydiyyatının aparılması
- Əmək kitabçaları, əmək haqqı kartlarının sifariş edilməsi və təhvil alınması
- Davamiyyətin izlənilməsi, “Turnover” hesabatlarının hazırlanması
- İllik Əmək məzuniyyəti cədvəllərinə əsasən işçilərin məzuniyyətə çıxmasının monitorinqi
- İşçilərin icbari sığortalanması
- Bülletenlərin doldurulması, tabeldə işlənməsi və mühasibatlığa təqdim edilməsi
- Məşğulluq hesabatlarının hazırlanması
Maraqlanan namizədlər mövzu yerində “İR üzrə administrator” yazmaqla CV-lərini narmin.aliyeva@ssi.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...