İnsan resursları üzrə aparıcı mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800 AZN. Zəhmət Ruzi MMC İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Sənədləşmə AR-məcələssinə uyğun olaraq aparılır.

İş barədə məlumat:

  • Yaxşı səviyyədə Əmək Qanunvericiliyi biliyi
  • Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq (öncəki iş təcrübəsində bu kimi keyfiyyətlərin tətbiq edilməsi üstünlükdür)
  • Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili
  • Müsahibə aparma (recruiting) bacarıqları
  • Daxili təlimlərin təşkil edilməsi
  • Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
  • Vəzifə təlimatlarının hazırlanması;
  • İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu dəvamiyyət tabellərinin hazırlanaraq (1C, excel) mühasibatlığa təhvil verilməsi;
  • Şəxsi işlərin yaradılması və saxlanılması
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Əmək müqavilələrinin və əmrlərin, vəzifə təlimatlarının,əmək kitabçalarının yazılması;
  • Xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-qəbul aktlarının, xitamlarının yazılması;
  • Əmək haqqı kartlarının açılması və sifarişi;
  • Arayışların və etibarnamələrin yazılması;
  • E-gov.az-da əməliyyatların aparılması;
  • İşlərin əmək qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi;İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, təhsil, analıq və öz hesabına məzuniyyətlərin verilməsi,istifadə edilməmiş məzuniyyətlərin kompensasiya edilib verilməsi.
  • Ümumi şirkət üzrə məzuniyyət qrafikinə nəzarət, son haqq hesabların, kompensasiyaların hesablanması;
  • Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi
  • Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi
  • Məktubların yazılması, göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması, skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət olunması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Tələblər olunan keyfiyyətlər:

  • Yalnız xanım namizədlər tələb olunur
  • İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi
  • Komanda daxilində işləmək bacarığı
  • Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
  • Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı
  • İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi
  • Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
    Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları
  • Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) sevda.q@sab.az elektron ünvanına mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssis

AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

14.02.2025 - Bakı

İşə qəbul üzrə baş mütəxəssis

Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

13.02.2025 - Bakı

500₼
Təlim və motivasiya üzrə əməliyyatçı

AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

12.02.2025 - Bakı

İR üzrə Direktor

Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

11.02.2025 - Bakı

500₼
Операционист, в отделе Мотивации и Обучения

https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...

AzəriMed QSC

11.02.2025 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

06.02.2025 - Bakı