Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əmək qanunvericiliyinin əsaslarını bilməlidir.
Namizədə aid tələblər:
- İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsilli olmalı;
- İnsan Resursları sahəsi üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi;
- Ezamiyyətlərə gedə bilməli;
- Eyni vaxtda bir neçə işə fokuslana bilməli
- Microsoft Office, Elektron Hökümət Portalından istifadə qaydalarını mükəmməl səviyyədə bilməli;
- AR Əmək qanunvericiliyinin bilməli.
İş haqqında məlumat:
- Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
- İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə tifadə edilməsinə nəzarət edilməsi;
Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi; - Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması;
İş yeri:
Bakı və Sumqayıt şəhərləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnsan resursları üzrə icraçı mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...