İnsan Resursları üzrə kiçik Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies İnsan Resursları üzrə kiçik Administrator vəzifəsi üzrə vakansiya elan edir. Əmək Məcəlləsi üzrə sertifikat üstünlükür.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda İnsan Resursları üzrə kiçik Administrator tələb olunur.

İşin rolu:

İşin rolu İnsan Resursları üzrə sənədləşmənin Əmək Məcəlləsinə uyğun və zamanında aparılmasına cavabdehdir.

Vəzifə öhdəlikləri:

  • Insan Resurslarının proses və prosedurları çərçivəsində sənədləşməni icra etmək
  • Elektron Hökümət Portalında lazımi qeydiyyatlar aparmaq
  • Əmək kitabçalarını və SSN kartlarını sifariş etmək
  • İşçilərin icbari sığortalanmasını təşkil etmək

Əsas tələblər:

  • İxtisas / Təhsil:
  • Biznes İdarəetməsi, İnsan Resursları İdarəetməsi və ya əlaqəli sahələrdə ali təhsil
  • Əmək Məcəlləsi üzrə sertifikat arzuolunandır
  • Təcrübə:
  • İnsan resursları və ya müvafiq sahədə təcrübə arzuolunandır
  • Professional biliklər:
  • Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolnandır
  • MS Office Proqramlarını mükəmməl bilmək
  • Əmək Məcəlləsi və Qanunvericiliyinin əsasları üzrə ilkin biliklər
  • Professional bacarıq və kompetensiyalar:
  • Ünsiyyət bacarıqları
  • Stressə davamlılıq
  • Detallara diqqət
  • Nəticə yönümlülük
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@ssi.az e-mailına, mövzu hissəsində “Junior HR Admininstartor” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı