Qısa məzmun
Caspel LTD İnsan Resursları üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. Kollektivdə işləmə bacarığı olmalıdır.
Struktur hissəsi: İnsan Resursları Şöbəsi
Birbaşa tabeçilik: İnzibati İdarəetmə Departamenti
Funksional tabeçilik: İdarə Heyətinin Sədri.
Məsuliyyət və vəzifələr:
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
- Müntəzəm olaraq Bankın bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
- Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
- Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.
Tələblər:
- Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
- AR Əmək qanunvericiliyi bilikləri;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
- Azərbaycan, rus, ingilis dillərini bilmək
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
- Qeyd olunan sahədə 1-3 il əmək stajı
Fərdi keyfiyyətlər:
- Düzgün şifahi nitq və ünsiyyət qurma qabiliyyəti
- Diqqətlilik
- Məsuliyyət hissi
- Kommunikabellik
- İdarəçilik
- Səliqəlilik
- Geniş dünya görüşü
Məşğulluq:
- Tam
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək
- Şənbə-bazar istirahət günləri.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...