İnsan Resursları Üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Royal Tekstil MMC şirkəti İnsan Resursları Üzrə Menecer vakansiyasını elan edir.

İş barədə məlumat:

  • Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
  • Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək
  • İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işlənilməsi
  • Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək
  • İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək
  • Əməkdaşların iş performanslarının artırılması və yüksək motivasiyası üçün təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi
  • İş qrafiki həftədə 5 gün: 09:00-dan 18:00-dək
  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə

Namizədə tələblər:

  • Müvafiq sahədə Ali təhsil
  • İnsan Resursları sahəsində ən azı 3 il təcrübə
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək
  • Ofis Proqramlarını Mükəmməl bilməli

Elanda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerinə “İnsan Resursları üzrə Menecer” yazıb ydadashzade@royal-tekstil.com e-mail ünvanına CV ilə müraciət edə bilər

Oxşar vakansiya siyahısı:

500 — 600 ₼
Ofis meneceri

AGRO - WEST DC LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

13.06.2024 - Bakı