Qısa məzmun
AzGübrə İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Aylıq davamiyyət tabelinə nəzarət olunması və qeydiyyatının aparılması;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- İşçilərin icbari sığortalanmasının təmin edilməsi;
- Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;
- İşçilərlə bağlı aylıq hesabatların hazırlanması;
- İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi), işə qəbul müsahibələrin keçirilməsi və uyğun namizədlərin adiyyatı şöbəyə yönləndirməsi;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
Namizədə tələblər:
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Xanım namizəd ;
- İnsan resursları sahəsində təcrübə minimum 3-5 il
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Ünsiyyət qurma bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- İşə məsuliyyətli yanaşmaq;
- Problemləri həll etmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı;
- Detallara xüsusi diqqətlilik;
- Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür;
- MS Office, MS Outlook, 1C 8.3 bilməli;
İş şərtləri:
- Əmək haqqı: Müsahibə əsasında dəyərləndiriləcək
- İş qrafiki: 6 günlük (şənbə qısa iş günü)
- Sənədləşmə Əmək Qanunvericiliyinə uyğun aparılır
- İş yeri: Bakı şəhəri
- Korporativ nömrə ilə təmin
- İş yeri: Bakı şəhəri ( 28 may metrosu yaxınlığı)
Qeyd olunmuş tələblərə cavab verdiyiniz haldaCV- nizi elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “İnsan Resusrları üzrə mütəxəssis “qeyd edəsiniz.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...