Qısa məzmun
Seylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Personal əməliyyatlarına aid bütün rəsmiləşdirmə əməliyyatlarının Əmək qanunvericiliyinə uyğun ƏMAS və daxili sistemdə həyata keçirilməsi;
- Əmək müqavilələrinin doldurulması və tərəflərin arasında imzalanmasına nəzarət;
- Kadrlara olan tələbatın təmin edilməsi (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi);
- İşə qəbul,vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi, xitam,məzuniyyət əmrlərinin hazırlanması və sənədləşdirilməsi;
- Aylıq tabellərin hazırlanması;
- Əmək haqqı kartlarının sifarişi.
- Əmək kitabçalarına qeydiyyatların aparılması
Namizəddən tələblər :
- Ali təhsil
- Yaş : Xanım namizəd 25-40
- Sahə üzrə 1 il iş təcrübəsi
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli
- ƏMAS və Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı
- Komanda daxilində işləmək bacarığı
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti
İş barədə məlumat :
- Əmək haqqı 600 Azn
- Ünvan : Azadlıq metrosu yaxınlığı (Şövkət Məmmədova 21)
- İş günü : Həftənin 6 günü ( Şənbə yarım iş günü)
- CV-zi hr@seylab.az mailinə göndərə bilərsiz Əlaqə 0705250610
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...