Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MSDIS Holding İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İnsan resursları üzrə mütəxəssis – MSDIS Holding
- Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunmasının texniki təşkili;
- Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
- Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- İnsan resursları departamentinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunmasında, bu təlimlərin planlaşdırılması və təşkilində iştirak etmək;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin davamiyyət uçotunun aparılması;
Tələblər:
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı
- Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
- İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.
- Uyğun sahədə ali təhsil
- Yüksək ünsiyyət qabiliyyəti;
- Microsoft Office proqramlarında (xüsusilə, Excel və Power Point) sərbəst istifadə bacarığı
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- İnsan resursları sahəsində azı 1 il iş təcrübəsi
Bu vəzifəyə müraciət etmək üçün CV-ni cv@msdisholding.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan Resursları üzrə mütəxəssis” olaraq mövzu bölməsində göstərin.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...