Qısa məzmun
Ə/h 800-1000 AZN. Resant Group İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, Rus dillərini əla səviyyədə bilməlidir.
Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi.
Namizədə bağlı tələblər:
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Azərbaycan, Rus dillərini əla səviyyədə bilməli;
- Microsoft Office proqramlarını, xüsusilə 1C proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
İş Şəraiti:
- • İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
• Əmək haqqı: 800-1000 AZN.
Maraqlanan namizədlər mövzu yerində “ İnsan Resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
650₼
İnzibati işlər üzrə kiçik mütəxəssisA - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə Mütəxəssis
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssisAR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...