Qısa məzmun
NBA Technologies International LLC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil
- İR sahəsində ən azı 3 il, müvafiq vəzifədə azı 1 il iş təcrübəsi
- İR prosedurları, təlim inkişafla bağlı biliklər
- İşə qəbul sahəsində iş təcrübəsi
- Rus dili biliyi
- Excel və 1C bilikləri üstünlükdür
- Məsuliiyətli,işgüzar,ciddi,ünsiyyətcil və aktiv olmalı ,Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmalı
- Stresse davamlılıq,müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll etmə bacarığı, lazım olanda iş vaxtından əlavə qalıb işləməyi bacaran şəxslər
- Əmək haqqı təcrübəyə və bacarığa görə dəyişəcək.
İş barədə məlumat:
- İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili;
- Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
- Vəzifə təlimatlarının hazırlanması;
- Optimal işçi sayının hesablanması;
- Təşkilati strukturun hazırlanması;
- İşə qəbul prosesində vakansiya və müsahibələrin izlənilməsi;
- Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisinin hazırlanması;
- Əməyin dərəcələndirilməsi;
- Kadr kargüzarlığı sistemlərinin qurulması;
- Vakansiya tələbinin müəyyən edilməsi;
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət;
- Aylıq hesabatların hazırlanması və təqdimatı.
İş rejimi: həftənin 5 günü, 09:00-18:00
İstirahət: Şənbə və bazar günləri
Zəhmət olmasa CV- nizi fotoşəkili ilə elektron poçt ünvanına ” İnsan resursları üzrə mütəxəssis” yazıb göndərin. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...