Qısa məzmun
Mətanət A şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə İnsan Resursları departamentinə aid ARƏM-ə uyğun olaraq bütün növ sənədlərin tərtib edilməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.)
- Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması
- Açıq olan vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi
- İlkin müsahibənin aparılması
- İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası
- İşçilərlə müqavilələrin bağlanması, vəzifə təlimatlarının, iş təsvirlərini hazırlanması
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
- İstehsalat sahəsində əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası
- Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında kadr ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmalı
- Resurslardan səmərəli istifadə və məqsədlərə nail olmaq üçün istifadə olunan siyasətləri, prosedurları və metodları hazırlamalı
- Müxtəlif texniki, peşəkar və hüquqi məsələlər üzrə yazışmalar aparıb hesabatlar hazırlamalı və təqdim etməli
- İllik İR büdcəsinin hazırlanmasına yardım etməli
- İş yerində araşdırmaların aparılması və faktların araşdırılmasında iştirak etmək; həll strategiyalarını tövsiyə etmək və həyata keçirmək
- Şikayətlərə və intizam məsələlərinə baxılması;
Əmək haqqı: Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və Bazar günü.
Tələblər:
- Yalnız kişi namizədlər
- İnsan resursları sahəsində təcrübəsi (istehsalat sektorunda təcrübəsi olmağı üstünlükdür)
- Ali təhsil
- AR-nın Əmək Məcəlləsini bilməli
- İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması
- İdarəçilik bacarığı
- Təşəbbüskar olmalı
- Problemləri həll etmə bacarığı
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis
- Kompüter proqramları: MS Office; 1C
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...