Qısa məzmun
Small Medium Enterprises şirkəti İnsan Resursları üzrə təcrübəçi vakansiyası elan edir.
İş barədə məlumat:
Avropa Yenidənqurma və İnkişafı Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small & Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatı, marketinq və bazar araşdırılması, iqtisadı-hüquqi və qiymətləndirmə sahələrində sahibkarlara konsaltinq xidməti göstərir. (web: https://smeltd.az/ )
SME şirkətinin öz sahəsində daim inkişaf etməsi üçün istedadlı işçilərin seçilməsi, təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir.
- Təcrübə müddətində oyrənilələcək vəzifə öhtəlikləri
- Vahid bəyannamə hesabatlarının göndərilməsi
- Sənədlərlə səliqəli şəkildə işləmə bacarığı
- Əmək haqqı və məzuniyyət düzgün şəkildə hesablama qaydası
- İnternet bankinq vasitəsi ilə əmək haqqı kartlarının sifariş olunması
- Kadr üzrə hesablama siyahılarının hazırlanması
- Elektron sistemdə bütün lazımi əməliyyatların icrası
- Portal vasitəsi ilə sərbəst işçilərin daxil edilib xitam verilməsi
- 1C proqramında insan resursları üzrə hissəsinin tam şəkildə öyrənilməsi
- İnsan resursları sahəsi üzrə inkişaf etmə imkanı
- Şirkət fəaliyyəti; mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər
- İş saatları: bazar ertəsi – cümə (09:00-dan 18:00-dək) şənbə (10:00-dan 14:00-dək)
- Təcrübə proqramı 6 ayı əhatə edir
- Təcrübə zamanı yol xərcləri qarşılanır 75 azn
- Müddətin sonunda təcrübəni uğurla keçən işə qəbul olunacaq.
Namizədə tələblər:
- İnsan Resursları üzrə karyera hədəfli olmalı
- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) ali təhsil
- Yaxşı Riyazi biliklərə sahib olması
- Azərbaycan dilində sərbəst danışıq və qrammatik bilik
- Əmək müqavilələrinin hazırlanması üzrə anlayışın olması
- MS Office(MS Excel, MS Word) proqramlarından sərbəst istifadə qabiliyyəti
- AR Əmək Qanunvericiliyi ilə maraqlanan və daimi özünü inkişaf etdirən
- Elektron Hökumət portalından anlayışı olan
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi
- Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi üzrə anlayışın olması
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması
- Məzuniyyətlərin rəsmiləşdirilməsi üzrə anlayış sahibi
- Tabellərin hazırlanması üzrə anlayış sahibi
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi
- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi
- Vahid bəyannamə hesabatlarının göndərilməsi üzrə anlayış
Maraqlanan şəxslərdən ” İnsan Resursları üzrə – Təcrübəçi” başlığı altında cv-lərini hr@smeltd.az elektron ünvanına göndərməsi xahiş olunur. Namizəd seçimi yalnız elektron ünvana gələn cv-lər əsasında aparılır
Ünvan: Yasamal rayonu, Akim Abbasov Küçəsi 1-C
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...