Qısa məzmun
Ə/h 1000 AZN. General Supply LLC İnsan Resursları üzrə baş mütəxəssisvəzifəsi üzrə vakansiya elan edir. Office programları üzrə biliklər tələb olunur.
General Supply – dünyanın hər yerində təchizat zənciri, logistika, avadanlıq kirayəsi və saxlama kimi xidmətlər göstərən şirkət qismində tanınır. Komandamıza İnsan Resursları üzrə baş mütəxəssis vəzifəsinə təcrübəli, ixtisaslı işçi tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin siyasətinə uyğun olaraq İR üzrə prosedurların yazılmasında iştirak
- Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi; elektron portala işlənməsi;
- Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Ezamiyyətlərin, Xəstəlik vərəqlərinin işlənməsi
- Yeni işçilərin şəxsi işlərinin yaradılması, sosial sığorta kartı ,əməkhaqqı kartı təmin etmək;
- İcbari sığorta və tibbi sığortaların təmin olunması
- Aylıq tabelin hazırlanması və əmək haqqlarına nəzarət edilməsi;
- İşçi seçimini həyata keçirilməsi (vəzifə təlimatlarının hazirlanması, CV seçimi, müsahibələrin, , məlumatların, CV bazasının idarə olunması);
- İllik təlim-tədris prosesinin programının hazırlanması
- Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmq;
- Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və verilməsi verilməsi
- Daxili və Xarici audit zamanı İR üzrə lazımi bütün sənədlərin hazırlanması
Namizədə qarşı tələblər:
- Sosilogiya, psixologiya, iqtisadiyyat və ya menecement sahəsində ali təhsil dərəcəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin mükəmməl biliyi
- İR sahəsində 5 illik iş təcrübəsi;
- Əməkhaqqının hesablanması üzrə biliklər
- Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı
- Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramını mükəmməl bilməsi mütləqdir;
- 1 C proqamında sərbəst işləmək bacarığı
- Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
- Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
- Əmək şəraitinin şərtləri:
- 5 günlük iş rejimi
- Əməkhaqqı: 1000 AZN
- Tibbi sığorta
- Korporativ nömrə
- İş yerinin ünvanı: Nobel prospekti 15, Azure BM
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@gsupplyllc.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan Resursları üzrə baş mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız bütün tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...