Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu İnsan Resursları Əməliyyatlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: İnsan Resursları Əməliyyatlar üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: Sahə üzrə 1-3 il
Təhsil: Ali
Yaş həddi: 23-35
İşin təsviri: Kadr inzibatçılığı və Nizam-intizam məsələləri ilə əlaqədar prosesləri icra edir.
Vəzifə öhdəlikləri:
- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materiallarn hazırlanması;
- Nizam-intizam məsələləri ilə bağlı struktur rəhbərləri ilə görüşmək;
- Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.
Tələblər:
- Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti ;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.
- Bəy namizədlərə üstünlük veriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat ilə çatdırılır;
- Nahar ilə təmin edilir;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi;
- Endirimli tibb xidməti.
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə -“İR Əməliyyat mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...