Qısa məzmun
AzMiCon MMC İnsan Resusrları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.
İşin təsviri:
- İşçilərin Əmək qanunvericiliyinə əsasən şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, işə qəbul edilməsi, xitam verilməsi, bir iş yerindən başqasına keçirilməsi, vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, əmək muqavilələrinin, müvafiq əmrlərin yazılması, elektron Hökumət Portalına daxil edilməsi, xəstəlik vərəqəsi ilə bağlı olan işlərinin icra edilməsi (Xəstəlik vərəqəsi və protokol);
- Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrinin təmin olunması,işçilərin istifadə etdiyi məzuniyyətlərin uçota alınmasının təşkil olunması;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatının aparılması;
- Vəzifə təlimatlarının hazırlanması; Əmək haqqı kartlarının açmasını təmin etmək
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatın təqdim lunması;
- Kadrlara olan tələbatların (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) təmin edilməsi;
- Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi;
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edilməsi; Kadrlar üzrə hesabatların tərtib edilməsi.
- Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirilməsi;
- Kadr sənədləşməsinə mütəmadi nəzarət, Kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilmə
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
Tələblər :
- Ali təhsil;
- Yaş: 25-35 (bəy namizədlərə üstünlük veriləcəkdir)
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi, Ezam olunmağa hər an hazır olmalı;
- Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, 1C, və s.).
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı,
İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 – 17:00-dək (nahar vaxtı saat 13:00-14:00).
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.
- İstirahət günləri – şənbə və bazar günləri.
- Əmək haqqı – başlanğıc 600-700 (net) AZN.
- İş yeri: Grand Park II, Şıxov qəsəbəsi, Salyan şossesi 12, AZ 1023.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi cv@azmicon.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “İnsan Resusrları üzrə mütəxəssis” qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...