Qısa məzmun
PASHA Bank İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/ldoqpevp
Təsvir
İşiniz nədən ibarətdir?
- Qeyri-maliyyə risklərinin idarə edilməsi üzrə daxili siyasətlər, proseduralar, qaydalar və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və icra edilməsi;
- Bütün səviyyələrdə biznes üçün xarakterik qeyri-maliyyə risklərinə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və icrasına nəzarət;
- Bütün maraqlı tərəflərə, risk koordinatorlarına vaxtında dəstəyin göstərilməsinə nəzarət;
- Bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsinə, onların risk reyestrinə əlavə olunmasına nəzarət;
- Bankın yeni və mövcud sənədlərinə və məhsullarına baxış – potensial qeyri-maliyyə riskinin baş vermə ehtimalının yoxlanılması;
- Əməliyyat riskləri ilə əlaqəli daxili audit nəticələrinin araşdırılmasında iştirak;
- İnsan səhvlərinin təhlili layihəsi: insan səhvləri boşluqlarını müəyyən etmək üçün texniki olmayan halların monitorinqi və təhlili;
- Bankın kapitalına əməliyyat riskinin təsirinin hesablanmasının dəstəklənməsi;
- Daxili zərər (realised loss) bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması;
- Müvafiq hesabatların (departament daxili və idarə etmə hesabatları) hazırlanmasına nəzarət və hazırlanan hesabatların rəhbərliyə göndərilməsi;
- Qeyri-maliyyə risklərinə aid olan hissədə RHI-nin (Risk Sağlamlıq İndeksi) artması üzrə təkmilləşdirmə işlərinin aparılması;
- RCSA (Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə) prosesində dəstək.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi.
- Təcrübə: 3 ildən çox bank və ya BOKT təcrübəsi
- Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
- Kompüter bilikləri: “Microsoft Office” proqramları.
- Bazar biliyi: bank və ya BOKT işi üzrə biliklər.
- Digər: əməliyyat riskləri, “Basel 2” tələbləri, Mərkəzi Bank tələbləri, başlanğıc səviyyədə İT bilikləri.
- Üstünlük verilir: daxili audit və daxili nəzarət, əməliyyat risklərin idarəedilməsi üzrə iş təcrübəsi; müvafiq sahədə sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...