İnteqrə edilmiş sistemlər üzrə aparıcı mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Tələblər:

  • Ali təhsil- Qida mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi,qida təhlükəsizliyi həmçinin bənzər ixtisaslar;
  • İş təcrübəsi: Beynəlxalq İdarəetmə Sistem(lər)i mövcud olan qida zənciri müəssisələrində müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Dil bilikləri ( Azərbaycan dili səlis, ingilis və  rus-dili biliyi üstünlükdür);
  • MS Office bilikləri;
  • Surətli mənimsəmə qabiliyyəti, sərbəst və kollektiv ilə çalışma bacarığı,məsuliyyətli və işgüzar;
  • İSO 22000:2018,İSO 9001:2015 və s. beynəlxalq standartları üzrə nəzəri biliklərə və sertifikata sahib olmalı

Vəzifə öhdəlikləri:

  • Şirkətdə İnteqrə Edilmiş İdarəetmə Sisteminin (İSO standartları,BRS,FSSC və s.) tətbiqində iştirak etmək;
  • Şirkətdə mövcud İnteqrə edilmiş idarəetmə sisteminin işlək vəziyyətdə saxlanılması və inkişaf etdirilməsinə dair işlərin təşkili ;
  • Şirkətin biznes proseslərinin standartlaşdırılması, o cümlədən: daxili normativ sənədlərin hazırlanması,hazırlanmasında iştirakı, aktuallaşdırılması və məsul şəxslər ilə tanış etdirilməsinə dair işlərin təşkili və icrası;
  • Təsdiq edilmiş proqrama və Şirkətin Ali rəhbərliyinin tapşırıqlarına uyğun olaraq proseslərin və systemin Daxili Auditlərinin təşkil edilməsi və aparılması;
  • Daxili Auditlərin nəticələrinə dair hesabatın hazırlanması, aşkar edilmiş uyğunsuzluqların aktlaşdırılması, uyğunsuzluqlara dair təhsisedici tədbirlərin hazırlanmasının təşkil, onların icrasına nəzarət və görülən tədbirlərin effektivliklərinin qiymətləndirilməsi;
  • İnteqrə Edilmiş İdarə Etmə sistemlərinin yaxşılaşdırılmasına dair tədbirlərdə iştirak etməsi.Şirkətin biznes proseslərinin effektivliyinin yüksəldilməsi yollarının və metodlarının axtarılması;
  • İnteqrə Edilmiş İdarə Etmə Sistemi üzrə sertifikasiya ( təkrar sertifikasiya ) və inspeksiya yoxlamalarına şirkətin hazır olmasını təmin etmək;
  • İnteqrə edilmiş İdarəetmə Sisteminin rəhbərlik tərəfindən təhlili üçün illik hesabatın hazırlanması.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnteqrə edilmiş sistemlər üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı