Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta İİnvestisiyaların idarə olunması xidmətinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəliklər:
- Potensial investisiya imkanlarını, yeni maliyyə alətlərini təhlil edərək investisiya gəlirlərinin maksimallaşdırılması və portfel risklərinin azaldılması istiqamətində işlərin aparılması;
- İnvestisiya portfelinin periodik təhlillərinin aparılması və təhlil nəticələri barədə rəhbərliyin məlumatlandırılması;
- Pul vəsaitlərinin hərəkətini, debitor və kreditor borclarını izləyərək Şirkətin üzləşə biləcəyi valyuta risklərinin müəyyənləşdirilməsi və riskləri önləyici tədbirlərin grülməsi;
- Likvidlik risklərinin qarşısının alınması üçün gözlənilən ödənişlərə (sığorta, təkrarsığorta, inzibati xərclər) nəzarət və potensial likvidlik ehtiyaclarını və artıqlığını məyyənləşdirərək lazımi tədbirlərin görülməsi;
- Potensial kredit risklərinin müəyyənləşdirilməsi üçün məlumat və hesabatların toplanması və maliyyə təhlillərinin aparılması;
- İnvestisiyaların idarəolunması xidmətinin fəaliyyəti, investisiya büdcəsinin icrası, yeni investisiya imkanlarının və mövcud investisiyaların təhlil nəticələri barədə hesabatların və təqdimatların hazırlanması;
- İnvestisiya fəaliyyətini əks etdirən məlumatların proqram təminatlarında doğru və tam şəkildə əks olunmasına nəzarət;
- Vəsaitlərdən istifadənin səmərəliliyinin artırılması üçün banklarda mövcud vəsaitlərə, faiz gəlirləri üzrə debitor borcların vaxtında və düzgün ödənilməsinə nəzarət, investisiya gəlirinin maksimallaşdırılması istiqamətində işlərin aparılması;
- İnvestisiya fəaliyyəti ilə bağlı müqavilələrin Şirkət mənafeyinə uyğun şəkildə, investisiya qərarlarına uyğun şəkildə tərtib olunmasına və gecikməsiz imzalanmasına nəzarət;
- Şirkətin investisiya portfelinə nəzarət , banklar üzrə anderraytinq və investisiya gəlirlərini təhlil edərək gəlirliliyin artırılması üzrə təşəbbüslərlə çıxış etmək;
- Fəaliyyət istiqaməti üzrə qayda və prosedurların hazırlanması, təkmilləşdirilməsi istiqamətində işlərin aparılması;
- İnvestisiya fəaliyyəti ilə bağlı sistematik təhlil və hesabatlılıq sisteminin formalaşdırılmasında iştirak; Aktiv və passivlərin idarəedilməsi üzrə yeni təkliflərlə çıxış etmək;
- Yeni maliyyə alətlərini təhlil edərək investisiya imkanları barədə təşəbbüslərlə çıxış etmək;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi.
Biliklər:
- Maliyyə istiqamətində ali təhsil;
- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
- Kompyuter bilikləri: MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyəsi.
Təcrübə:
- Bu sahə üzrə minimum 3-5 il iş təcrübəsi.
Bacarıqlar:
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Dəqiqlik, diqqətlilik;
- Planlama və təşkilatçılıq qabiliyyəti;
- Məntiqi və analitik düşünmə tərzi;
- Təşəbbüskarlıq.
Son müraciət tarixi: 30 sentyabr, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...