Qısa məzmun
Yelo Bank İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnzibati departamenti
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin inventarizasiyasının aktlaşdırılması;
- Əsas vəsaitlərin inventarizasiyası və inventarizasiya aktına uyğun işlərin icrası;
- Əsas vəsaitlərin yoxlanılması və aktlarının icrası;
- Əsas vəsaitlərin struktur bölmələr və əməkdaşlar üzrə uçotunun aparılması;
- Bankın müxtəlif struktur bölmələrində, filial və şöbələrində baş tutan təhvil-təslim işlərində iştirak;
- Əsas vəsaitlərin uçotunun avtomatlaşdırılması layihələrində iştirak;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il təcrübə;
- Komandada işləmək bacarığı və stressə dözümlülük;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
- Microsoft Office proqramları (Excel, Word) ilə işləmək bacarığı, komputer bilikləri;
- Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür).
İş müddətində əldə edəcəksiniz:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
- Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...