İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yelo Bank İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin meneceri vəzifəsi üzrə vakansiya elan edir. Layihələrin idarə olunması bacarığı olmalıdır.

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: İnzibati departamenti
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

  •  İnzibati xidmətlər şöbəsinin işinin təşkil edilməsi;
  • Anbarda saxlanılan mal qalıqlarının miqdarına nəzarət, tələb olunandan artıq ehtiyyatların yaradılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi;
  • İşin səmərəliyi üçün sistemin qurulması;
  • Şöbənin əməliyyatlarının uçotunun təşkili, lazımı qaydada sənədləşdirilməsi və Bankın nəzarət orqanlarına tələb olunan sənədlərin və hesabatların təqdim olunmasına nəzarət;
  • Təsərüffat məqsədləri üçün ayrılmış malların və vasitələrin rasional istifadəsinə nəzarət;
  • Xidmətlərin keyfiyyətinin yoxlanılması və ya bu cür yoxlamanın təşkili;
  • Mal və xidmətlərin sifarişçiyə catdırılmasına nəzarət, müvafiq təhvil-təslim aktlarının tələb olunan qaydada rəsmiləşdirilməsinin təşkili;
  • İnzibati xidmətlər prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılmasına nəzarət və bu istiqamətdə işlərin koordinasiyası;
  • Birbaşa tabeçiliyində olan işçilərə mentorluq dəstəyinin göstərilməsi, işçilərin təlimatlandırılması və bilik səviyyəsinin artırılması məqsədilə tələb olunan təlimlərin təmin edilməsi;
  • İşçilərin fəaliyyətinin qiymətləndirilməsi və qiymətləndirmə nəticələri ilə bağlı işçinin məlumatlandırılması;
  • İşçilərin inkişafı istiqamətində işlərin aparılması;
  • İşçilərin əsas fəaliyyət göstəricilərinin (ƏFG) təyin olunması və nəticələrin monitorinqi;
  • İşçilərə tapşırıqların verilməsi və icrasına nəzarət, şöbədaxili iş bölgüsünün aparılması;
  • İşçilərin daxili nizam-intizam qaydalarına və etik davranış normalarına, eləcə də aidiyyəti üzrə daxili və xarici normativ sənədlərin tələblərinə riayət etməsinə nəzarət;
  • Bankın müxtəlif tədbirləri, təşkil olunmuş görüşlər və digər əlaqəli mənbəələr vasitəsilə alınmış müvafiq məlumatlarınn şöbədaxili kommunikasiyası;
  • Bankın daxili normativ sənədlərində hazırki vəzifə üçün nəzərdə tutulmuş digər işlərin icrası;
  • Komanda üzvü olmaq və xidmət keyfiyyətini artıma məqsədi ilə şöbənin əməkdaşlarına dəstək, komandadaxili müsbət abu-havanın və şəffaflığın təmini;
  • Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;
  • Şöbənin funksiyalarına daxil olan işlərin vaxtında və keyfiyyətlə görülməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil;
  • İdarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Layihələrin idarə olunması bacarığı;
  • Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
  • Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür).

İş müddətində əldə edəcəksiniz:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
  • Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı