İnzibati işləri üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Group Motors İnzibati işləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Ford, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “İnzibati işləri üzrə menecer” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisə, idarə və təşkilatların yerləşdiyi sahədə və binalarda istehsal sanitariyası və yanğından mühafizənin norma və qaydalarını uyğun olaraq təsərrüfat xidmətinin lazımı vəziyyətini, eləcə də işıqlandırma sistemlərinin, ventilyasiyanın saz vəziyyətdə olmasını, əməkdaşların səmərəli işləməsi üçün lazımı şəraitin yaradılmasını təmin edir;
  • Müəssisə, idarə və təşkilatların (bina, su təchizatı sistemi, hava dəyişmə və digər avadamlıqların) əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və təsərrüfatın xərclər smetasının tərtibində iştirak edir;
  • Binanın təmirini təşkil edir, təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;
  • Müəssisə, idarə və təşkilat bölmələrini mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin edir, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət edir;
  • Xidmət üzrə müqavilələrin bağlanması üçün lazım olan materialları rəsmiləşdirir, dəftərxana ləvazimatının, vacib təsərrüfat təşkilatların bölmələrini onlarla vaxtaşırı təmin edir, onların işləməsi vaxtının uçotunu aparır, müvafiq hesabat formasını tərtib edir;
  • Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edir;
  • Xidməti ezamiyyətə gələn nümayəndə heyətinin və şəxslərin qəbulunu, qeydiyyatını və lazımi xidmətini təşkil edir;
  • Nahar fasiləsi zamanı idarəetmə aparatı işçilərinin yeməklə səmərəli təşkilini təmin edir;
  • Kiçik xidmət heyətinin əməyinin mexanikləşdirilməsini üçün tədbirlər görür;
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;
  • Rəhbərin tapşırığı ilə təsərrüfat şöbəsinə aid digər işləri yerinə yetirmək.

Namizədlərə tələblər:

  • Yaş: 25-40;
  • Ali təhsil;
  • Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
  • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
  • Stres altında işləmə qabiliyyəti;
  • Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “İnzibati işləri üzrə menecer” qeyd etməklə cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı