Qısa məzmun
AZ Smart LLC İnzibati işlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Az Smart MMC müxtəlif növ ticarət və xidmət sahələri, eləcə də bank sektoruna innovativ maliyyə texnologiyaları üzrə həllər təklif edir. Az Smart MMC 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzdnində Dövlət Vergi Xidmətində Yeni Nəsil Nəzarət Kassa Aparatı operatoru kimi qeydiyyatdan keçmişdir.
Az Smart MMC, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş standartlara cavab verən Nəzarət Kassa Aparatları və proqram təminatı üzrə kompleks həllərini ölkə üzrə müxtəlif ticarət sektorlarına təklif edir. Bu həllər sahibkarların gündəlik işlərini daha sadə və effektiv aparılmasına dəstək olaraq, şəffaf hesabatlılıq və etibarlı sahibkarlıq prinsipləri əsasında işləməyə şərait yaradır.
Şirkətimiz İspaniya, Çin, İngiltərə, Böyük Britaniya, Rusiya və Hollandiyada nümayəndəlikləri olan və innovativ maliyyə texnlogiyalarının tətbiqi üzrə beynəlxalq layihələr həyata keçirən “E-21 Partners” holdinqi ilə əməkdaşlıq edir. “E-21 Partners” Rusiya, Qazaxıstan, Özbəkistan və Moldova kimi ölkələrdə yeni nəsil onlayn kassa aparatlarının tətbiqində geniş təcrübəyə malikdir.
Şirkətimizə, İnzibati işlər üzrə Mütəxəssis axtarılır
Vəzifəyə olan tələblər:
- Ali təhsil.
- Müştəri xidməti və liderlik bacarıqları.
- Problemlərin diaqnozunu aparmaq və həll yollarını tapmaq bacarığı.
- Peşəkar davranış bacarığı.
- Tələb olunduqda iş vaxtından artıq işləmək imkanı.
Vəzifə öhdəlikləri:
- Daxil olan və göndərilən məktubların qeydiyyat jurnalına daxil edilməsi
- Əməkdaşların işgüzar səfərə getməsinin təşkili
- Ofis avadanlıqlarının daimi işlək vəziyyətdə olmasının təmin edilməsi
- Öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsi
- Gündəlik təsərrüfat işlərinin aparılması
- Qonaqların təyyarə və ya digər nəqliyyat vasitələri ilə yola salınması
- Ofisin təmizliyinə nəzarət
- Ofis içində yaranan texniki problemlərin aradan qaldırılması
- Sürücülərin qrafikinə nəzarət, gündəlik marşrutun müəyyənləşdirilməsi
- Müxtəlif şöbələrdən gələn ehtiyyacların qəbul edilməsi və sifarişi
- Əməkdaşların korporativ nömrələrlə təmin edilməsi və mobil operatorlarla əməkdaşlığın operativliyini təmin etmək üçün bütün əməliyyatların həyata keçirilməsi
- Müxtəlif sənədlərin sürətini çıxarılması və çap olunması
- Daxil olan telefon zənglərin cavablandırılması və yönəldilməsi
- Birbaşa rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi
Tələblərə cavab verən namizədlər sentyabr ayının 27-dək öz CV formalarını jobs@azsmart.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İnzibati işlər üzrə Mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...