Qısa məzmun
AZMADE Group İnzibati işlər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
“AZMADE GROUP” MMC şirkəti İnzibati işlər üzrə menecer vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir:
İŞİN TƏSVİRİ:
- Ofisdaxili ehtiyacların müəyyən edilməsi və onların rəhbərliyə çatdırılması;
- Ofis mallarının təchizatı, daxil olan malların qeydiyyatı və yoxlanılması;
- Təchizatçılar tərəfindən göndərilən təkliflərin toplanılması;
- Ofis inventarlarının miqdarını müəyyən etmək məqsədi ilə anbarın yoxlanılması, təchizat ehtiyyaclarının müəyyənləşdirilməsi;
- Təchizat üçün sifarişlərin verilməsi;
- Təchizatla əlaqədar hesab-fakturaların yoxlanılması;
- Təchizatçılarla xidməti müqavilələri ilə əlaqədar olaraq hüquq departamenti ilə əməkdaşlıq;
- Hesabatları hazırlayıb direktorunun diqqətinə çatdırılması;
- Qəbul otağı (reception area) sahəsinə nəzarət etmək;
- Tədbirlərin təşkil edilməsi – ofis ilə bağlı məsələlərin tənzimlənməsi;
- Ofisə aid hər hansı inzibati işdə köməklik etmək;
- Fayl sisteminin təşkil və idarə edilməsi, elektron formatda saxlanması üçün hesab- fakturaların / sənədlərin scan edilməsi və məktubların və digər yazışmaların uçotunun aparılması;
- Müdiriyyətin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
- E-mail və yazışmaların həyata keçirilməsi;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
- Müştərilərə şirkət və məhsullar haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi;•
- Karguzar işinin təşkili və ofis daxili işlər;
- Birbaşa rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirilməsi.
TƏLƏB OLUNAN TƏCRÜBƏ, SƏRİŞTƏLƏR VƏ BACARIQLAR
- Vaxt idarə etmə bacarıqları;
- Təşkilatçılıq bacarıqları;
- Ehtiyatlılıq;
- Qərar vermək bacarığı;
- Strateji planlaşdırma bacarıqları;
- Məxfi məlumatlarla işləmək, detallara diqqətçilik, güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqları;
- Tapşırıqlara üstünlük vermək bacarığı ilə çox tapşırıq və vaxt idarə etmə bacarıqları.
NECƏ MÜRACİƏT ETMƏK
- Maraqlanan namizədlər CV-ləri recruitment@azmade.az e-mail ünvanına göndərə bilərlər;
- Elektron məktubun “Mövzu” hissəsində “İnzibati işlər üzrə menecer” vəzifəsi qeyd edilməlidir;
- CV-lər ən gec 20 avqust 2021-ci il tarixinədək göndərilməlidir.
Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırılmasına əsasən uğur qazanan namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar görüşə dəvət ediləcəklər.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...