Qısa məzmun
Azersun Holding şirkəti İnzibati təsərrüfat üzrə mütəxəssis (Qubadlı) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsilli olmalı;
- Sağlam və işləmə qabiliyyətli olmalı;
- BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- MS Office proqramlarını bilməli;
- Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə üstünlük verilir.
İş haqqında:
- Əməkdaşların işgüzar səfərə getməsinin təşkili
- Ofis avadanlıqlarının daimi işlək vəziyyətdə olmasının təmin edilməsi
- Gündəlik təsərrüfat işlərinin aparılması
- Ofisin təmizliyinə nəzarət
- Ofis içində yaranan texniki problemlərin aradan qaldırılması
- Sürücülərin qrafikinə nəzarət, gündəlik marşrutun müəyyənləşdirilməsi
- Müxtəlif şöbələrdən gələn ehtiyyacların qəbul edilməsi və sifarişi
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Qubadlı rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi elektron poçt ünvanına emaili-in mövzu yerinə “İnzibati təsərrüfat üzrə mütəxəssis(Qubadlı)” yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...