İnzibati Xidmətlər üzrə Köməkçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Norm OJSC İnzibati Xidmətlər üzrə Köməkçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Qaradağ rayonu

Tələblər:

  • Ali bakalavr təhsili
  • Əlaqədar sahədə 1 il iş təcrübəsi
  • Orta səviyyədə ingilis dili biliyi
  • MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından orta səviyyədə istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətə məxsus avtomobillərin və texnikaların yanacaqla təminatı, aylıq yanacaq hesabatının hazırlanması
  • Yeməkxanada işçilərin yeməkdən sonra siyahısını hazırlayıb, hesablanıb nəzarət edilməsi
  • Tələb olunan mallar üçün PR-ların yaradılması, rezervasiyaların, bildirişlərin açılması və idarə edilməsi
  • Tələb olunan miqdarda zavod ərazisinə suyun sifarişi, ərazidə yığılan tullantıların daşınması
  • Nəqliyyatın idarə edilməsi, sənədlərin çatdırılması və nəqliyyatla bağlı digər fəaliyyətlər
  • Ofis ərazisinin təmizliyinin təşkili, binada və ərazidə sıradan çıxmış hissələrin sifarişi
  • Sahə və parkinq xərclərinin idarə edilməsi, hesabatların hazırlanması
  • Zavod ərazisindəki ofisə sifariş olunan malların siyahı ilə qəbul edib yoxlanması.
  • Zavod ərazisində çalışan avtomobillərin ikihəftəlik yürüşlərinin yazılması.
  • Avtomobillər üçün buraxılış kartlarının hazırlanması
  • Xaricdən gələn qonaqların yerləşdirilməsi və onların təchizatı, daşınması
  • Müvafiq dövri hesabat sənədlərinin hazırlanması

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

CV-lərin təqdim olunması üçün son tarix: 29.08.22.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı