Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank İOS Developer vəzifəsi üzrə vakansiya elan edir. HTML, CSS və JavaScript üzrə bilikləri arzuolunandır.
AFB Bank İOS Developer vəzifəsinə vakansiya elan edir.İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Swift proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
- Apple dizayn prinsipləri və interface təlimatları haqqında məlumatların olması;
- İOS SDK platforması üzrə biliklər və Xcode ilə səlis işləmə bacarığı;
- HTTP və RESTful API’lər haqqında anlayış;
- GIT ilə işləmə bacarığı;
- HTML, CSS və JavaScript üzrə bilikləri arzuolunandır.
İŞİN TƏSVİRİ:
- İOS platformasında mobil əlavənin inkişafının həyata keçirilməsi;
- Servislərin və sistemlərin mobil tətbiqə inteqrasiya olunması;
- Mobil əlavədə monitorinq aparmaq və yaranmış problemlərə dərhal müdaxilə etmək;
- Mobil tətbiqin qüsursuz istifadəsi üçün daim yeniliklərin tətbiq olunması;
- Yeni funksionallıqların və xidmətlərin inkişafı üzrə təkliflərin verilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İOS Developer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.