Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı iOS developer vəzifəsi üzrə vakansiya elan edir. REST API’larla işləmə bacarığı olmalıdır.
ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə iOS developer vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- iOS platformasında mobil tətbiqetmələrin dizaynı və qurulması;
- Xidmət və sistemlərin mobil tətbiqetmələrə inteqrasiyası;
- Tətbiqlərin keyfiyyətini və işləməsini təmin etmək, mobil tətbiqetmələrin monitorinqi, tətbiq səhvlərini düzəltmək və digər texniki problemlərin həlli;
- Potensial problemlərin müəyyənləşdirilməsi və tətbiq problemlərinin həlli;
- Davamlı olaraq tətbiq yeniləməsinin hazırlanması
Bizim üçün ideal namizəd:
- Ən az 1 il iOS proqramlaşdırma təcrübəsi olan;
- Objective-C və ya Swift dillərindən istifadə etmə bacarıqları olan;
- OOP, Apple dizayn prinsipləri və interface təlimatları haqqında məlumatlı olan;
- MVVM & MVC dizayn prinsiplərindən ən az biri haqqında anlayışı olan;
- REST API’larla işləmə bacarığı olan;
- Git, CI/CD pipeline təcrübəsi olan;
- Komanda ilə işləmə bacarığı olan;
- AppStore’da ən az 1 tətbiqi olan;
- Texniki İngilis dili biliklərinə sahib olan biridir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 20 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...