Qısa məzmun
RAM Holding İR Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir.
Nə istəyirik:
Namizədin aşağıda qeyd olunan istiqamətlər barədə məlumatlı olmasını, bunlardan ən az biri üzrə (bir neçəsi üstünlükdür) ən az 6 ay iş təcrübəsi olmasını:
- İş və iş yükü analizləri sahəsində;
- Biznesin İR baxımından təhlili sahəsində;
- İR idarəedilməsinin təşkilati inkişaf, fərdi inkişaf, biznes tərəfdaşlığı və s. sahələrində;
- Dərəcələndirmə sistemlərinin tərtibi sahəsində;
- Təşkilati strukturların tərtib olunması layihələrində;
- Vəzifələr və rollar, səlahiyyət və məsuliyyət matrislərinin hazırlanması və s. sahələrdə.
Digər istəklərimiz:
- İngilis dili və Rus dili bilikləri – özünü inkişaf etdirmək və təlimlərdə iştirak üçün lazımlıdır;
- Yüksək danışıq və yazışma bacarıqları – vəzifəsini keyfiyyətli icra etmək üçün gərəklidir;
- Analitik düşünmə və problem həlletmə bacarıqları – tapşırıqları təhlil etmək, işləri mükəmməl icra etmək üçün zəruridir;
- MS Excel (yüksək səviyyədə) – datalarla işləmək və hesabatlar hazırlamaq üçün vacibdir;
- MS Visio ilə işləməyi bacarmalı – iş axışı xəritələrinin hazırlanması üçün gərəklidir, minimal istifadəni özümüz də öyrədirik və göstəririk :);
- MS Projects (başlanğıc səviyyə) – işlərini və tapşırıqlarını, layihələrini planlaması üçün lazımdır;
- Zərurət olduğu təqdirdə, ezamiyyətlərə getməyə hazır olmalı – müxtəlif bölgələrdə ofislərimiz olduğu üçün, bəzən zərurət yaranır.
İcra edəcəyiniz fəaliyyət istiqamətləri:
- İş analizlərini icra etmək;
- İş yükü analizlərini icra etmək;
- Vəzifələr üzrə funksiyaların yenidən tərtib olunmasında iştirak etmək və təkliflər vermək;
- İR metrikaları ilə bağlı məlumatları müxtəlif mənbələrdən toplamaq və emal etmək;
- Emal etdiyi məlumatları statistik, riyazi və biznes yönümlü təhlil etmək, trendləri müəyyən etmək;
- Təhlil etdiyi məlumatları işə qəbul, işçi əldə saxlama, işçi motivasiyası, turnover, involvement, komplayns və s. İR prosesləri baxımından hesabatlara əks etdirmək;
- Təqdimatlar hazırlamaq;
- Əməkdaşların hədəf meyarlarına əsasən qısa və uzunmüddətli hədəflərə çatma faizləri və s. KPI-ların nəticələri ilə bağlı hesabatları tərtib etmək;
- KPI-ların və hədəflərin təyin olunması üçün təhlil nəticələri ilə dəstək vermək;
- Göstəricilərə və təhlillərə əsaslanaraq proseslər, prosedurlar və aktivlikləri inkişaf etdirərək təşkilatın inkişafına töhfə verəcək tövsiyələr vermək;
- İşçi axışını önləmək, əldə saxlamanı təmin etmək, işçi loyallığını, motivasiyasını və effektivliyini artıracaq təhlillərə əsaslanan tövsiyələr vermək;
- Vəzifələrin dərəcələndirilməsi və ya yenidən dəyərləndirilməsi proseslərində iştirak etmək və tövsiyələr vermək;
- Əmək haqqı sistemlərinin tərtibində iştirak etmək və tövsiyələr vermək;
- İnsan Resursları proseslərinin effektivliyini təhlil etmək və tövsiyələr vermək.
Nə vəd edirik:
- Mehriban və peşəkar kollektiv;
- Karyerada yüksəlmək imkanı;
- Komanda olaraq Bakı şəhərində və Azərbaycanın istirahət bölgələrində mütəmadi aktiv sosial fəaliyyətlər, “teambuilding”lər, asudə vaxt tədbirləri;
- Fərdi inkişaf proqramları;
- Yeni trendlərə uyğun daxili və xarici təlimlər;
- Holdingdə həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Rəqabətədavamlı əməkhaqqı;
- Korporativ mobil nömrə;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR Biznes Analitik” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...