Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu İR Biznes Tərəfdaş vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalıdır.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: İR Biznes Tərəfdaş
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 22-30
İşin təsviri: Öhdəliyində olan struktur bölmələrə insan resursları ilə bağlı bütün məsələlərinin həll edilməsində dəstək olur.
Vəzifə öhdəlikləri:
- Ona həvalə edilmiş strukturların ştat cədvəlinin şirkətdaxili qaydalara uyğun idarə edilməsini həyata keçirmək
- Təhlil əsasında açılması və ya ixtisarı təklif edilən ştatlar barədə qərarları müvafiq struktur bölmə rəhbərlərinə təsdiqlətmək
- İşçi tələbləri ilə bağlı axtarış kanallarını müəyyənləşdirilmək, ehtiyac olduğu təqdirdə elanları hazırlamaq və dərc olunmasını təmin etmək
- Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək
- Şirkətdə müəyyən müddət çalışıb ayrılmış və təkrar işə qəbul olmaq üçün müraciət etmiş namizədlərin öncəki iş fəaliyyətlərini araşdırmaq, ehtiyac olduqda əvvəlki rəhbərlərdən rəylər almaq
- İşə qəbul edilmiş işçilərin sınaq müddətini təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək
- Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Nitq və yazışma qabiliyyəti;
- Qida Sahəsində təcrübə;
- AR-nın Əmək Məcəlləsi qanunlarını bilmək,
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramından sərbəst istifadə etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: Əli.Qurbanzade@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “İR Biznes Tərəfdaş” yazmaqla müraciət edilir.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...