Qısa məzmun
Ə/h razılaşma yolu ilə. URBN Limited İR mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dili səlis, ingilis dili arzuolunandır.
Vəzifə öhdəlikləri:
- İşçilərlə bağlı müvafiq məlumatların Elektron hökümət portalına daxil edilməsi
- Əmək müqavilələrinin və əlavələrinin hazırlanması
- Ümumi əmrlərin hazırlaması (inventarizasiya, ezamiyyət, sosial məzuniyyəti, təhsil məzuniyyət və s.);
- Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişikliklərinin hazırlanması);
- Əmək kitabçalarının doldurulması, hesaba alınması və qeydiyyatın aparılması;
- Xəstəlik vərəqələrinin (əmək qabiliyyətli olmama) doldurulması və qeydiyyatının aparılması;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İşçilərin sosial sığorta kartlarının alınması üçün onlayn formada doldurulması, uçotunun aparılması,E-gov portal üzərindən ilkin və dublikat müraciətlərin daxil edilməsi və Əhalinin Əmək və Sosial Müdafiə Fondundan sosial kartlarının əldə edilməsi;
- İşə qəbul, işdən azad edilmə, işçilərin əmək haqqlarında dəyişiklik olan zaman (İcbari sığorta) Sığorta şirkətini məlumatlandırmaq və ildə bir dəfə müqavilənin uzadılması (tam informasiyanın toplanması və göndərilməsi;
- İşçilərin aylıq iş uçotu tabellərin aparilmasi və təqibi;
Tələblər:
- Müvafiq sahədə 3+ il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili arzuolunandır
- Əmək qanunvericiliyinin əsaslarını bilməlidir
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləyə bilmək bacarığı
Uyğun namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə career@urbnlimited.com electron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...