Qısa məzmun
Ekvita LLC İR/PKS üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və fəaliyyətlər:
- İş analizinin aparılması.
- İqtisadiyyatın müxtəlif sahələri üzrə milli peşə və kvalifikasiya standartları layihələrinin hazırlanması.
- Peşə sahibinə tələb olunan bilik və bacarıqlar barədə məlumatların müvafiq mütəxəssis və ekspertlərdən toplanması.
- Peşələrin beynəlxalq mənbələr vasitəsilə araşdırılması.
- Hazırlanmış milli peşə və kvalifikasiya standartlarının müvafiq beynəlxalq standartlarla uyğunlaşdırılması (ISCO 08 və s.).
- Əmək bazarında İqtisadiyyatın müxtəlif sahələrində mövcud işçi qüvvəsinin bilik və bacarıqlarını müəyyən etmək.
- İşəgötürən tərəfindən işçinin öhdəliklərinə uyğun verilən tapşırıqları və digər əlaqəli işləri yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil (insan resurslarının idarə olunması, menecment, biznesin idarə olunması, layihələrin idarə olunması sahələrində ali təhsilin olması arzuolunandır).
- Azərbaycan ədəbi dilinin normalarını (fonetik, leksik və qrammatik) bilmək və düzgün tətbiq etmək bacarığı.
- Xarici dil bilikləri: səlist ingilis dili və ən azı bir başqa xarici dil (rus dili, türk dili və s.).
- Güclü şifahi və yazılı ünsiyyət bacarığı.
- Komanda daxilində işləmək bacarığı.
- Güclü inandırma qabiliyyəti və təqdimat bacarığı.
- Vaxtını düzgün, effectiv planlamaq və idarə etmək bacarığı, tapşırığın təhvil verilməsi üçün təyin edilmiş son tarixə ciddi riayət etmək bacarığı.
Tələblərə cavab verən namizədlər CV-lərini “İR/PKS üzrə kiçik mütəxəssis” başlığı altında e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...