Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amal Group inşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 6 gün
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
- Lahiyə sənədlərinə müvafiq olaraq tikinti quraşdırma işlərini təşkil edir;
- İşlərin mexanikləşdirilməsi, yeni texnikanın tətbiqi, əməyin təşkilinin təkmilişdirilməsi, sazlama və tikinti quraşdırma işlərinin təmini və materialların qənaətli xərclənməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir;
- Tikinti obyektlərinin istismara verilməsi üzrə istehsalat tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrasını təmin edir;
- Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr) alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir;
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
- Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir;
- Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir;
- Bilavasitə iş yerlərində işçiləri əmək təhlükəsizliyi qaydalarına dair təlimatlandırır.
Təhsil və iş təcrübəsi:
- Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
- Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə.
Bacarıq və səriştələr:
- Ünsiyyət və təşkilati bacarıq;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Kompüterdə oficce programlarında sərbəst işləmək bacarığı;
- Yaş həddi 35-50
Bilməlidir:
- Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;
- Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;
- Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “İş icraçısı” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...