Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Gilan Tekstil Park İşə qəbul və təlim və inkişaf üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Departament/Şöbə: İnsan resursları
Şəhər: Sumqayıt
Vəzifə öhdəlikləri:
- Daxili və xarici təlimlərə olan tələbatı müəyyən etmək;
- İşçilərin fəaliyyətini qiymətləndirmək;
- Kadr hazırlığına, təliminə ehtiyacı müəyyən etmək.
- Təlim proqramları hazırlamaq;
- Təlim üçün planlar, cədvəllər hazırlamaq;
- Təlim büdcənsini proqnozlaşdırmaq;
- Planların icrasını və qrafiklərə əməl olunmasını təmin etmək;
- Təlim üçün qruplar təşkil etmək;
- Yeni işçilər üçün oriyentasiya təlimləri, müəssisənin işçiləri üçün isə ixtisasartırma təlimlər, işçilərin bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlər, müəssisədəki vəziyyətlə bağlı məlumatlandırıcı təlimlər təşkil etmək;
- Təlim şirkətləri ilə əməkdaşlıq etmək;
- Təlimlərin keçirilməsini təşkil etmək;
- Təlimlərin vaxtını, yerini planlaşdırmaq, hazırlamaq, tələbələrin məlumatlılığını və davamiyyətini təmin etmək
- İşçilərin inkişafı proqramlarında iştirak etmək;
- Daha yüksək bilik, bacarıq və digər şəxsi keyfiyyətlər tələb edən daha yüksək rəhbər vəzifələr üçün orta səviyyəli mütəxəssislər hazırlamaq;
- Şirkətin yeni işçiləri üçün kuratorlar hazırlamaq;
- İşçilərin səlahiyyətlərinin (işçi səriştəsi) qiymətləndirilməsi üçün prosesləri planlaşdırmaq və həyata keçirmək;
- Təlimlə bağlı digər funksiyaları həyata keçirmək;
- Təlimin effektivliyi ilə bağlı statistik məlumatları tərtib etmək və onları rəhbərə təqdim etmək;
- Ən effektiv təlim vasitələrini müəyyənləşdirmək;
- Digər departament və qruplarla koordinasiya saxlamaq;
- Kadrların inkişafı üçün təkliflər irəli sürmək;
- Təlimin nəticələrinə əsasən işçilərin yüksəldilməsi və ya aşağı salınması üçün nəticələri təqdim etmək;
- Birbaşa rəhbərinə işi barədə hesabat vermək;
- Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkəti təmsil etmək;
- Mövcud vakansiyaları təhlil etmək, vakant vəzifələrə elan materialını hazırlamaq, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsini təmin etmək;
- Daxil olan CV müraciətlərini vəzifə tələbləri üzrə əvvəlcədən yoxlamaq və potensial namizədləri siyahıya almaq;
- Şirkətin namizəd bazasını yeniləmək və genişləndirmək;
Namizədə tələblər:
- Ali təhsil və ya magistr dərəcəsi (İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır)
- Oxşar vəzifədə ən azı üç il təcrübəsi.
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır.
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
CV-lərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...